Xəzər Xəbər

Pensiya ödənişlərinə yönəldilən vəsait artıb

Nazirlik rəqəmləri açıqladı
Cəmiyyət | 10:26 • 8 Dekabr 2022
Pensiya ödənişlərinə yönəldilən vəsait artıb

Carı ilin yanvar-noyabr aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz (390 milyon manat) çox olmaqla 4 milyard 526 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, pensiya islahatlarında yeni mərhələ kimi, bu ilin əvvəlindən minimum aylıq pensiya artırılıb, həmçinin pensiyalarda indeksləşdirmə əsasında artımlar edilib. Əlavə dəstək olaraq bütün pensiyaçılara maddi yardımlar verilməsinə başlanıb. Həmin artımlar üçün illik 440 milyon manat əlavə vəsait ayrılıb.

Pensiyaların artırılması istiqamətində növbəti addımlar kimi, qeyd olunan maddi yardımlar gələn ilin əvvəlindən pensiyaların tərkibinə daxil ediləcək və bundan sonra bütün pensiyalar indeksləşdirilərək artırılacaq.

Bu ilin 11 ayı ərzində 22 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 70 min pensiya təyinatı (ümumi əsaslarla yaşa görə pensiya təyinatının 80 faizi) e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti