Xəzər Xəbər

Ölkədə avtomobil parkının 70%-dən çoxu Bakının payına düşür

Cəmiyyət | 12:20 • 6 Dekabr 2022
Ölkədə avtomobil parkının 70%-dən çoxu Bakının payına düşür

Ölkədə mövcud olan avtomobil parkının 70%-dən çoxu paytaxtın payına düşür.

Xezerxeber.az xəbər verir ki, bu barədə xüsusi avtobus zolaqları ilə bağlı keçirilən mətbuat konfransında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib. 

Onun sözlərinə görə, hazırda ölkədə mövcud olan avtomobil parkı təqribən 1,7 mln. nəqliyyat vasitəsini əhatə edir: "Qeyri-rəsmi məlumatlara görə, paytaxtda 5 milyon nəfərə yaxın vətəndaş yaşayır ki, bu da sıxlıqlara və yol infrastrukturunun yüklənməsinə səbəb olur. 

DYP nümayəndəsinin sözlərinə görə, yol qaydaları pozuntusunun çoxu dayanma-durmanın payına düşür, bunların sırasında avtobus dayanacaqlarının və zolaqlarının zəbt olunması da var: “Təkcə bu ilin yanvar-noyabr aylarında nişan tələblərinin 40 min dəfə pozulması faktı qeydə alınıb”.

Xəbər lenti