Xəzər Xəbər

Bakıda mənzildə qumbara aşkarlanıb FOTO

Cəmiyyət | 09:49 • 3 Dekabr 2022
Bakıda mənzildə qumbara aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonunda mənzillərin birində partlayıcı-sursat olması barədə məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu və polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Polis əməkdaşları tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra XRXX-nin minalardan təmizləmə üzrə çevik qrupu tərəfindən Yasamal rayon sakininin kirayə yaşadığı mənzilə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd döyüş tətbiqinə yararlı "F-1" əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti