Xəzər Xəbər

Azərbaycandan Rusiyaya qanunsuz keçmək istəyən Pakistan vətəndaşları saxlanılıb

Cəmiyyət | 17:05 • 29 Noyabr 2022
Azərbaycandan Rusiyaya qanunsuz keçmək istəyən Pakistan vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən üç Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.

DSX-nin mətbuat mərkəzindən Xezerxeber.az-a bildiriblər ki, araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, sonra dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyənləşdirilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar