Xəzər Xəbər

Son sutkada COVID-19 əleyhinə 428 vaksin vurulub

Cəmiyyət | 16:46 • 22 Noyabr 2022
Son sutkada COVID-19 əleyhinə 428 vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 428 vaksin vurulub.

Bu barədə xezerxeber.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 112, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 76, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 195, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 45 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 919 197, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 980, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 292, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 390 250, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 675 nəfər təşkil edir.

Xəbər lenti