Xəzər Xəbər

Dövlət İmtahan Mərkəzi imtahan proqramına dəyişiklik etdi

Cəmiyyət | 14:38 • 22 Noyabr 2022
Dövlət İmtahan Mərkəzi imtahan proqramına dəyişiklik etdi

Dövlət qulluğuna qəbul məqsədilə 2023-cü ildən etibarən keçiriləcək test imtahanlarının İnformasiya texnologiyaları üzrə proqramında müəyyən dəyişiklik edilib.

Bu barədə xezerxeber.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib. 

Bildirilib ki, Microsoft Office paketinin "Office 2010" versiyası "Office 2019" versiyası ilə əvəzlənib (link).

Namizədlərə elmi-metodik kömək məqsədi ilə yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzi tərəfindən çap olunacaq “İnformatika” vəsaitinin yenilənmiş nəşrinə "Office 2019" versiyasına aid müvafiq mövzular daxil edilib.

Xəbər lenti