Xəzər Xəbər

Dövlət İmtahan Mərkəzi işçi axtarır

Cəmiyyət | 11:35 • 22 Noyabr 2022
Dövlət İmtahan Mərkəzi işçi axtarır

Dövlət İmtahan Mərkəzi (DİM) Test bankı şöbəsinə məsləhətçi vəzifəsi (sosial məzuniyyətdə olan işçi yeri) üzrə vakansiya elan edir.

Mərkəzdən xezerxeber.az-a bildirilib ki, vakansiya üzrə müraciət etmək istəyən şəxslərdən kadrlar uçotunun şəxsi vərəqəsini DİM-in saytından yükləyib tam şəkildə dolduraraq dekabrın 5-dək a.quliyeva@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində “testbankı” yazaraq göndərmələri xahiş olunur.

Vakansiya haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Xəbər lenti