Xəzər Xəbər

Gələn il pensiyaların sığorta hissəsi 15% artacaq

Cəmiyyət | 09:46 • 22 Noyabr 2022
Gələn il pensiyaların sığorta hissəsi 15% artacaq

“Pensiyaların sığorta hissəsinin artımı öncəki ildəki orta aylıq əməkhaqqının artımına bağlıdır. Azərbaycanda bu il orta aylıq əməkhaqqı 14,5 % artıb. İlin sonuna bu yəqin ki, 15 %-ə çatar. Bu hesabla gələn il bütün pensiyaların sığorta hissəsi də 15% artacaq”.

Xezerxeber.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, bütün ölkə üzrə bu artım hər bir pensiyaçıya şamil olunacaq: “Eyni zamanda Milli Məclisdə biz komitə olaraq təklif də verdik ki, yaşayış minimumu və ehtiyac meyarının məbləğinin xeyli artırılmasına görə pensiyanın da minimum həddi artırılsın. Çünki yaşayış minimumu və ehtiyac meyarının məbləğində olan artım bunu tələb edir. Hökumətdən də xahiş etdik ki, bu məsələyə baxsın. Ola bilsin ki, pensiyaların minimum məbləğinin də artırılması ilə bağlı qərar olsun. Bu təklifimizə yəqin ki, müsbət cavab olar. Bizim bu təklifimizə hökumətin münasibəti müsbətdir”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar