Xəzər Xəbər

COVID-19-a yeni yoluxma sayı açıqlandı

Cəmiyyət | 16:34 • 21 Noyabr 2022
COVID-19-a yeni yoluxma sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib. 

Azərbaycanda indiyədək ümumilikdə 823 975 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 753 nəfər müalicə olunaraq sağalıb, 9 973 nəfər vəfat edib, aktiv xəstə sayı 249 nəfərdir.

Ölkədə son sutka ərzində 1 975, hazırkı dövrədək isə 7 385 931 test aparılıb.

Xəbər lenti