Xəzər Xəbər

Koronavirusa 31 yeni yoluxma faktı qeydə alınıb

Cəmiyyət | 16:42 • 20 Noyabr 2022
Koronavirusa 31 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 31 yeni yoluxma faktı qeydə alınıb, 29 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 823 954 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 813 750 nəfər müalicə olunaraq sağalıb, 9 972 nəfər vəfat edib, aktiv xəstə sayı 232 nəfərdir.

Ölkədə son sutka ərzində 1 620, hazırkı dövrədək isə 7 356 956 test aparılıb.

Xəbər lenti