Xəzər Xəbər

Son sutkada koronavirus əleyhinə 594 vaksin vurulub

Cəmiyyət | 16:56 • 19 Noyabr 2022
Son sutkada koronavirus əleyhinə 594 vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 594 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 138, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 173, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 241, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 42 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 13 918 472, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 803, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 160, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 389 909, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 600 nəfər təşkil edir.

Xəbər lenti