Xəzər Xəbər

Zəngilan və Cəbrayılda meşə zolağı salınacaq

Cəmiyyət | 16:05 • 30 Sentyabr 2022
Zəngilan və Cəbrayılda meşə zolağı salınacaq

"Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin su ehtiyatı ilə bağlı məsələ artıq layihələndirmə mərhələsindədir".

XəzərXəbər xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, növbəti il üçün Qarabağda görüləcək işlərlə bağlı əsas istiqamət əraziyə dəymiş ziyanın aradan qaldırılmasıdır: "Bu istiqamətdə meşabərpa işlərinin aparılması nəzərdə tutulub. O cümlədən Zəngilan və Cəbrayılda ilin sonuna qədər meşə zolaqları çəkiləcək. Qarabağ su ehtiyatı baxımından çox zəngindir. Həmin su ehtiyatları imkan verir ki, həmin bölgələr su ehtiyatına olan tələbatını ödəsin. İçməli suyun Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin su ehtiyatı ilə bağlı məsələ artıq layihələndirmə mərhələsindədir. Həkəri və Bərgüşad çayları üzərində də su anbarlarının tikilməsi nəzərdə tutulur".

Xəbər lenti