Xəzər Xəbər

Uşaqların boy artımına təsir edən mənfi amillər nələrdir?

Cəmiyyət | 15:37 • 30 Sentyabr 2022
Uşaqların boy artımına təsir edən mənfi amillər nələrdir?

“Boyun uzanması uşaq və yeniyetməlik dövrünün problemidir. Sümüklərimizdə yerləşən və “böyümə zonaları” adını verdiyimiz qığırdaq toxumasındakı hüceyrələrin müxtəlif amillərin təsiri ilə (xüsusilə boy hormonu, qalxanvari vəzi hormonları və cinsiyyət hormonlarının) bölünüb çoxalması nəticəsində uzununa böyümə baş verir”. 

XəzərXəbər xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib. O bildirib ki, genetik xüsusiyyətlər, qidalanma, sosial-ekonomik status, ətraf mühit və digər amillər də boyun uzanmasına təsir göstərir.

 

 

Mütəxəssis uşaqların boy artımına təsir edən mənfi amillərdən də söz açıb:

“Uşaq orqanizmi fizioloji xüsusiyyət etibarı ilə böyüməyə proqramlaşıb. Buna görə də deyə bilərik ki, boyun uzanmasına müsbət təsir edən amillərin çatışmazlığı elə özü əsas mənfi təsirdir. Hormonal, qastroenteroloji, revmatizmal, infeksion və digər xroniki xəstəliklər, həmçinin zəngin qidaların kifayət qədər qəbul edilməməsi uşağın boyunun uzanmasına mənfi təsir göstərir”.

A.Əkbərzadə həmçinin surğulayıb ki, qeyri-sağlam qidalanma uşağın böyüməsinə və bədənin ümumi inkişafına mənfi təsir göstərir:

“Bir tərəfdən həddindən artıq şirniyyat yemək qida rasionunda digər zəruri qidaların yerini tutduğu üçün inkişafa problem yarada bilər. Digər tərəfdən, tərkibində qeyri-sağlam doymuş yağlar olan qidalar (məsələn, "fast food") uşaqlarda piylənmə kimi xəstəliklərin yaranmasına səbəb olur.
Normadan artıq şəkərin qəbulu, zülal baxımından zəif qidalar, həmçinin vitamin çatışmazlığı uşağın fiziki inkişafına mənfi təsir göstərir.

Bəzi fiziki fəaliyyət növləri uşağın boyuna müsbət təsir edir. Basketbol, voleybol, tennis, badminton kimi idman növləri ilə məşğul olan uşaqların boyu yaşıdlarına görə bir neçə sm artıq olur. Amma bu idmanlardan boy uzatma baxımından fantastik nəticə gözləmək düzgün deyil.

Əgər uşağın boyu həmyaşıdlarından geri qalırsa, o zaman pediatr və uşaq endokrinoloqu ilə əlaqə saxlamaq lazımdır. Əks təqdirdə yanlış ümidlər bizi gecikdirə bilər”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
526 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti