Xəzər Xəbər

Məktəblərdə kitab çatışmazlığına aydınlıq gətirildi

Cəmiyyət | 13:59 • 30 Sentyabr 2022
Məktəblərdə kitab çatışmazlığına aydınlıq gətirildi

Bəzi siniflərə hələ də kitabların verilməməsi ilə bağlı məlumat yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri Nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər.

Qeyd edilib ki, mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil İdarələri tərəfindən araşdırılaraq aradan qaldırılır.

Xəbər lenti