Xəzər Xəbər

Bakıda təhsil sərgi-yarmarkası keçirilir

Cəmiyyət | 10:39 • 30 Sentyabr 2022
Bakıda təhsil sərgi-yarmarkası keçirilir

Sentyabrın 30-da Elm və Təhsil Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) və “Xəzər Media Mərkəzi"nin birgə təşkilatçılığı ilə “Gələcəyini inşa et!” devizi ilə təhsil sərgi-yarmarkası - “BYF EduExpo 2022” keçirilir.

Xezerxeber.az xəbər verir ki, sentyabrın 30-dan – oktyabrın 2-dək baş tutacaq sərgidə 50 şirkət iştirak edir. Sərgi çərçivəsində təhsil, psixologiya və fərdi inkişaf ekspertləri tərəfindən müvafiq mövzularda seminarlar, sərgi iştirakçıları üçün “B2B” və “B2C” görüşlər nəzərdə tutulur. Sərginin məqsədi təhsil sektorunda xidmət göstərən KOB subyektlərinin tanıdılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi, satış imkanlarının artırılması və bizneslərinin inkişafına dəstək olmaqdır.

Sərgi çərçivəsində ziyarətçilər xarici dil kursları və imtahan mərkəzləri, psixoloji testlər və xidmətlər, yerli və beynəlxalq özəl məktəblərin proqramları, aparıcı ali təhsil müəssisələrinə müraciət və qəbul prosesi, təhsil və xidmət haqqı və digər məsələlərlə bağlı məlumat almaq imkanı əldə edəcəklər.

Sərgidə iştirak ziyarətçilər üçün tam sərbəstdir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
399 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti