Xəzər Xəbər

Azərbaycanda məktəbli qız zorla ərə verilir

“Mən evlənmək yox, oxumaq istəyirəm”
Cəmiyyət | 12:58 • 28 Sentyabr 2022
Azərbaycanda məktəbli qız zorla ərə verilir

Azərbaycanda daha bir zorakılıq. İddia olunur ki, 17 yaşlı qız zorla ərə verilib. 

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, Bakıda 17 yaşlı qız zorla 25 yaşlı dayısı oğlu ilə nişanlandırılıb. Qeyd edək ki, valideynləri qızı ərə vermək üçün məktəbdən də çıxarıblar. Yayılan məlumatlara görə, 2 həftə sonra onların toyları olacaq. 

Toya az qalıb, amma qız  isə “Mən evlənmək yox, oxumaq istəyirəm”deyir.

Bu barədə Daxili İşlər Nazirluiyindən Lent.az-a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.