Xəzər Xəbər

Bakının ictimai nəqliyyat problemi necə həll olunmalıdır? - Deputatdan təklif

Cəmiyyət | 13:03 • 27 Sentyabr 2022
Bakının ictimai nəqliyyat problemi necə həll olunmalıdır? - Deputatdan təklif

“Bakı təcili olaraq nəqliyyat infrastrukturunun bərpası ilə bağlı xüsusi dövlət proqramı qəbul etməlidir. Paytaxtımızın nəqliyyat problemlərinin həlli üçün müvafiq maliyyə resursları cəlb etmək, xaricdən yüksək ixtisaslı mütəxəssislər dəvət etmək, həmçinin sərnişindaşıma ilə məşğul olan yerli və xarici şirkətləri cəlb etmək lazımdır”.

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib. 

Deputat qeyd edib ki, Bakıda tramvay xətləri çəkilməlidir ki, bu da şəhərin mərkəzini Bakının Günəşli və Əhmədli kimi qəsəbələri ilə birləşdirəcək.

“Xarici şirkətlər şəhər nəqliyyat infrastrukturunun yenidən qurulmasına cəlb oluna bilər ki, onlar özləri sərmayə qoyub tramvay, metro xətləri və magistral yollar çəksinlər, onların fəaliyyətindən qazanc əldə etsinlər”, - Həsənquliyev təklif edib. - Bakıda daha bir neçə yeni metro xətti və yüzə yaxın yeni stansiya tikmək lazımdır. Azərbaycanın Qarabağda bərpa işlərinə və dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsinə sərf etdiyi xərcləri nəzərə alaraq, bu layihəyə xarici investorlar cəlb edilməlidir”.

Bundan başqa, Milli Məclisin deputatı hesab edir ki, Azərbaycan paytaxtında ən azı iki milyon avtomobil üçün çoxmərtəbəli avtodayanacaqlar tikilməlidir.

“Bunun üçün yerli sahibkarlara uzunmüddətli aşağı faizli kreditlər verilməlidir”, - Həsənquliyev bildirib. – İndiki mərhələdə dövlət avtobuslarla sərnişin daşıma sistemindən imtina etməlidir. AZAL dövlət şirkəti üç müstəqil struktura bölünərək özəlləşdirilməlidir ki, özəl şirkətlər sərnişinlərin daşınmasını öz üzərinə götürə bilsin./Ölkə.Az

Xəbər lenti