Xəzər Xəbər

Pandemiya dövründə göz gigiyenasına diqqət yetirilməlidir

Cəmiyyət | 13:46 • 26 Sentyabr 2022
Pandemiya dövründə göz gigiyenasına diqqət yetirilməlidir

“COVID-19 insanın bütün orqanlarına, həmçinin gözlərə də təsir edir. 20 faiz hallarda gözdə qaşınma ilə ağrı və işığa həssaslıq pasiyentlərdə koronavirusun yeganə əlamətləri ola bilər”.

Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə bildirib.

Onun sözlərinə görə, statistikaya görə, COVID-19-la əlaqədar reanimasiya şöbələrində yatan pasiyentlərin təxminən üçdə birində göz patologiyaları müşahidə edilir:

“Onların arasında konyunktivit, gözdə hiperemiya və hemoz daha çox rast gəlinirdi. Müşahidələr göstərib ki, COVID-19 keçirmiş xəstələr 1-3 ay sonra oftalmoloqa müraciət etdikləri zaman xəstəlikdən sonra yaranan və uzun müddət davam edən gözdə quruluq, yandırma, göz qapaqlarının qızarmasından şikayət edirlər.

Həmçinin bərpa dövrünə diqqət yetirməyən pasiyentlərdə görməni zəifləməsi müşahidə oluna biliər. Buna səbəb göz sinirlərinin atrofiyası, görmə sahəsinin daralması və ən son halda tam korluğa gətirib çıxaran gözün torlu qişasının trombozudur”.

O qeyd edib ki, koronavirusun sürətlə yayıldığı dövrdə cərrahi əməliyyatların aparılması virusun yayılma riskini dəfələrlə artırırdı:

“Bu səbəbdən pandemiya zamanı istənilən əməliyyatlar, o cümlədən göz əməliyyatı, xüsusi sanitar qaydalara riayət edilməklə aparılmalıdır.

Oftalmoloji əməliyyat keçirmiş insanlarda COVID-19-un daha çox fəsad və ağırlaşma törətdiyi barədə heç bir tədqiqat yoxdur. Lakin pasiyent əməliyyatdan sonra bərpa dövründə COVID-19-a yoluxubsa, xəstəlik müddəti oftalmoloq nəzarəti də olmalıdır, çünki COVID-19 əlamətləri əməliyyatın nəticəsinə mənfi təsir göstərə bilər.

Qoruyucu eynəklərin və tam üz qoruyucu plastik maskaların effektivliyini yoxlamaq üçün ABŞ, Böyük Britaniya, Hindistan, və Kolumbiyada tədqiqat aparılıb.

Tədqiqatlarda 7567 məhz yüksək risk qrupuna daxil olan tibb işçisi iştirak edib. Nəticələr qoruyucu vasitələrinin effektivliyini təsdiqlədi: SARS-CoV-2 xəstələnmənin səviyyəsi 96%-dən 40%-dək azaldı.

Kontakt linzalara gəlincə isə əksinə, pandemiya dövründə onlardan imtina etmək tövsiyə olunur. Düzdür, kontakt linzaların taxılması viruslara yoluxma ilə birbaşa əlaqəli deyil. Bununla belə, linzaları olan xəstələr gözlərinə daha tez-tez toxunur, bu da infeksiya riskini əhəmiyyətli dərəcədə artırır”.

Həkim əlavə edib ki, COVID-19 pandemiyası dövründə göz gigiyenasına xüsusi diqqət yetirilməlidir:

“İnfeksiyanın qarşısını almaq üçün əllərinizi tez-tez yuyun, şəxsi gigiyena qaydalarına əməl edin, mümkün olduğu qədər əlinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın.

Bundan əlavə, şəxsi gigiyena qaydalarına əməl etməyənlərlə təması məhdudlaşdırmaq, xəstəliyin ilk əlamətləri aşkar edildikdə dərhal həkimə müraciət etmək məsləhətdir.

Əgər yoluxmuş şəxslə təmasda olmaq məcburiyyətindəsinizsə, o zaman xüsusi qoruyucu eynəklərə üstünlük verilməlidir. Ümumiyyətlə, eynək yalnız günəşli havalarda deyil, soyuq havalarda da istifadə edilməlidir”.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti