Xəzər Xəbər

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Cəmiyyət | 11:29 • 26 Sentyabr 2022
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 24-də saat 16 radələrində Hacıqabul rayonu ərazisində yerləşən postda “Khazar” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

İdarənin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, yoxlama zamanı sürücü, Bakı şəhər sakini Qulam Məmmədovun həmin avtomobili narkotik vasitənin təsiri altında, həmçinin etibarnaməsiz və müddəti bitmiş sürücülük vəsiqəsi ilə idarə etməsi müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332-ci və 334-cü maddələri ilə protokol tərtib olunaraq Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan marixuana, heroin, 10 ədəd metadon, 18 ədəd tramadol, 6 ədəd klonazepam, 34 ədəd preqabalin həbləri, həmçinin beşbarmaq, bıçaq və dəmir dəyənək aşkarlanaraq götürülüb.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar