Xəzər Xəbər

"Elmlər Akademiyası" metrostansiyası bağlanıb? AÇIQLAMA

Cəmiyyət | 18:07 • 23 Sentyabr 2022
"Elmlər Akademiyası" metrostansiyası bağlanıb?

Metronun “Elmlər Akademiyası” stansiyasında sərnişin axınının çoxluğunu nəzərə alaraq, tənzimlənmə mexanizmləri sərnişin təhlükəsizliyi tələblərinə əməl olunmaqla həyata keçirilir”.

Xezerxeber.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, stansiyanın tamamilə bağlanması şayiədir: “Bəzi şayiələr yayılır ki, guya stansiyanın girişi tam bağlanılıb, içəri adam buraxılmır. Belə bir hal yoxdur. Tam məhdudlaşdırmadan söhbət getmir, sadəcə tənzimləmə aparılır".

Xəbər lenti