Xəzər Xəbər

Bu il 13 804 şəxsə proaktiv qaydada fərdi hesab açılıb

Cəmiyyət | 13:29 • 22 Sentyabr 2022
Bu il 13 804 şəxsə proaktiv qaydada fərdi hesab açılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti vasitəsilə cari ilin 8 ayında 13 804 şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilməklə e-fərdi şəxsi hesab açılıb.

Nazirlikdən verilən məlumata görə, iki il əvvəl fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada elektron sistemdə qeydiyyatına xidmət edir. İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik olaraq SSN də açılır.

Bununla işçinin fərdi uçot sistemində elektron fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirakı təmin edilir. Fərdi şəxsi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamasına imkan yaradılır.

Xidmət fəaliyyətə başlayandan 473000 sosial sığorta nömrəsi (SSN) verilməklə elektron fərdi şəxsi hesabın açılması təmin edilmişdir.

Rubrikanın digər xəbərləri

Bakı küçələri YUYULDU
Bakı küçələri YUYULDU FOTOLAR
17:25 • 10 İyun 2023
Sabah 33 dərəcə isti olacaq
Sabah 33 dərəcə isti olacaq PROQNOZ
12:56 • 10 İyun 2023
"Yüksəliş”in nəticələri
"Yüksəliş”in nəticələri AÇIQLANIR
12:35 • 10 İyun 2023
Yol polisindən YENİ
Yol polisindən YENİ MÜRACİƏT
11:09 • 10 İyun 2023
Leysan, dolu olacaq, SEL keçəcək
Leysan, dolu olacaq, SEL keçəcək XƏBƏRDARLIQ
16:39 • 9 İyun 2023
İyun ayının pensiyaları
İyun ayının pensiyaları ÖDƏNİLİB
13:33 • 9 İyun 2023

Xəbər lenti