Xəzər Xəbər

Yaralı hərbçilərin əlillik təyinatı üçün müayinələrinə başlanılıb

Cəmiyyət | 10:14 • 22 Sentyabr 2022
Yaralı hərbçilərin əlillik təyinatı üçün müayinələrinə başlanılıb

Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması zamanı xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsinə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicə alan hərbçiləri ziyarət edərək onlara ilkin əyani baxış keçirib.

Nazirlikdən xezerxeber.az-a verilən xəbərə görə, məqsəd onların sağlamlıq vəziyyətlərinin operativ qiymətləndirilməsi, əlillik təyinatına əsas olduğu halda lazımi sənədlərin sürətli şəkildə rəsmiləşdirilərək elektron sistemə daxil edilməsinə dəstək və əlillik təyinatının aparılmasıdır.

Artıq xəsarət almış 50-dək hərbiçinin səyyar əyani müayinəsi aparılıb. Proses növbəti günlərdə də davam edəcək.

Xəbər lenti