Xəzər Xəbər

Bu marşrutların hərəkət cədvəli dəyişdirildi - SİYAHI

Cəmiyyət | 09:25 • 20 Avqust 2022
Bu marşrutların hərəkət cədvəli dəyişdirildi - SİYAHI

Bu gün saat 08:00-dan 21 avqust saat 20:00-dək Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu haqda Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 6 sayda müntəzəm marşrutun (M8,1, 62,184, 214 və H1 nömrəli) hərəkət sxemi müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.

Dəyişikliyə əsasən:

M8 nömrəli marşrutun hərəkət sxemi Maştağa qəsəbəsi istiqamətində dəyişdirilərək "Koroğlu" yolqovşağı - "Koroğlu" m/st (Atletlər kəndinin yaxınlığı) - X.R.Ulutürk küçəsi - Böyükşor parkı - Heydər Əliyev prospekti daha sonra öz hərəkət sxemi üzrə;

1 nömrəli marşrutun hərəkət sxemi "Neftçilər" m/st istiqamətində dəyişdirilərək "Koroğlu" yolqovşağı - "Koroğlu" m/st (Atletlər kəndinin yaxınlığı) - X.R.Ulutürk küçəsi - Ziya Bünyadov prospekti - "Qara Qarayev" prospekti daha sonra öz hərəkət sxemi üzrə;

62 nömrəli marşrutun hərəkət sxemi Sabunçu qəsəbəsi istiqamətində dəyişdirilərək Əli Vəliyev küçəsi - Kamil Balakişiyev küçəsi - Mikayıl Əliyev küçəsi daha sonra öz hərəkət sxemi üzrə;

184 nömrəli marşrutun hərəkət sxemi Suraxanı qəsəbəsi istiqamətində dəyişdirilərək Koroğlu yolqovşağı - Koroğlu m/st (Atletlər kəndinin yaxınlığı) - X.R.Ulutürk küçəsi - Heydər Əliyev prospekti daha sonra öz hərəkət sxemi üzrə;

214 nömrəli marşrutun hərəkət sxemi Ramana qəsəbəsi istiqamətində dəyişdirilərək İlham Müzəffəroğlu küçəsi - Tofiq Abbasov küçəsi - Əli Vəliyev küçəsi - Kamil Balakişiyev küçəsi - Mikayıl Əliyev küçəsi daha sonra öz hərəkət sxemi üzrə;

H1 nömrəli marşrutun hərəkət sxemi Hava Limanı istiqamətində dəyişdirilərək Koroğlu yolqovşağı - Koroğlu m/st (Atletlər kəndinin yaxınlığı) - X.R.Ulutürk küçəsi - Böyükşor parkı - Heydər Əliyev prospekti daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti