Xəzər Xəbər

Torpaq sahələrini zəbt edənlərə cinayət işləri açıldı

Baş Prokurorluq məlumat yaydı
Cəmiyyət | 15:04 • 19 Avqust 2022
Torpaq sahələrini zəbt edənlərə cinayət işləri açıldı

Son dövrlər baş verən ekoloji pozuntular sırasında getdikcə daha böyük narahatlığa səbəb olan qanunsuz qum-çınqıl hasilatıdır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmət məlumat yayıb.

Məlumata görə, bu təbii sərvətin məsuliyyətsiz və vicdansız istifadəsi nəticəsində ərazinin ekosistemi dəyişməklə yanaşı, təbiətə bərpa olunmayan zərər dəyir. Prokurorluq orqanları tərəfindən ekoloji qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərə qarşı kompleks tədbirlər davam etdirilir.

Aparılan kompleks tədbirlərin davamı kimi, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Abşeron və Hacıqabul rayonlarının ərazisində qanunsuz qum hasilatı aparılması nəticəsində yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması faktları ilə bağlı araşdırmalar aparılıb.

Müəyyən olunub ki, Abşeron rayonu 1 nömrəli Hövsan Südçülük sovxozunun ərazisində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi özbaşına tutulmaqla, həmçinin Hacıqabul rayonunda yerləşən “Qalmaz” adlı ərazidə dövlətə məxsus torpaq sahəsində on minlərlə kub metr həcmində qumun qanunsuz hasilatı aparılıb.

Ümumilikdə iki milyon manatdan çox ziyanın dəyməsi ilə nəticələnmiş faktlar üzrə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 255.2-ci (255.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün daxili işlər orqanlarına göndərilib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti