Xəzər Xəbər

Ukraynada itkin düşən azərbaycanlı polis və ailəsi tapılıb FOTO

Yaxınları Ruslan Musayevlə sonuncu dəfə martın 1-də əlaqə saxlamışdılar
Cəmiyyət | 10:16 • 16 Avqust 2022
Ukraynada itkin düşən azərbaycanlı polis və ailəsi tapılıb

Ukraynada itkin düşən azərbaycanlı polis Ruslan Musayev və ailəsi tapılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Report”a R.Musayevin qohumu məlumat verib.

O qeyd edib ki, R.Musayev bir neçə gün əvvəl doğmaları ilə əlaqə saxlayaraq ailəsinin sağ-salamat olduğunu bildirib. Ukraynanın hüquq-mühafizə orqanlarının azərbaycanlı əməkdaşı hər şeyin qaydasında olduğunu qeyd edib.

Ruslan Musayev bununla belə hərbi zərurət baxımından harada olduğunu açıqlamayıb.

Qeyd edək ki, Ukraynanın Mariupol şəhərində yaşayan azərbaycanlı ailəsi ilə birlikdə martda itkin düşmüşdü və qohumları bir neçə ay idi onlarla əlaqə saxlaya bilmirdi.

Yaxınları Ruslan Musayevlə sonuncu dəfə martın 1-də əlaqə saxlamışdılar. Həmin gündən sonra o, həyat yoldaşı Alyona Musayeva və azyaşlı oğlu Dəmir Musayev barədə məlumat yox idi.

Qeyd edək ki, R.Musayev Mariupol şəhərinin Polis İdarəsinin zabitidir. O, polisdəki nümunəvi xidmətləri ilə dəfələrlə fərqlənib və mükafatlar alıb.

R.Musayevin atası da Ukrayna polisində çalışıb və hazırda təqaüddədir. Ruslanın atası Xudat Musayev Berdyansk şəhərindədir. Eyni zamanda Ruslanın bacısı Kristina da hazırda polisdə çalışır. Martın əvvəllərində Kristina ilə də əlaqə itsə də, həmin ayın sonlarında onunla əlaqə saxlamaq mümkün olub.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti