Xəzər Xəbər

Bakıda 54 nəfəri gün vurub

Cəmiyyət | 10:00 • 16 Avqust 2022
Bakıda 54 nəfəri gün vurub

Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 54 nəfər müraciət edib.

TƏBİB-dən xezerxeber.az-a verilən xəbərə görə, onlardan 27 nəfəri hospitalizasiya edilib, 27 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 40-ı böyük, 14-ü uşaq olub. Hospitalizasiya edilənlərdən isə 20 nəfəri böyük, 7-si uşaq olub.

Xəbər lenti