Xəzər Xəbər

Azərbaycanda COVID-19-dan daha 4 nəfər ölüb

Cəmiyyət | 23:20 • 15 Avqust 2022
Azərbaycanda COVID-19-dan daha 4 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 110 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib. 

Azərbaycanda indiyədək ümumilikdə 805 213 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 792 230 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər vəfat edib, aktiv xəstə sayı 3 206 nəfərdir.

Ölkədə son sutka ərzində 2 002 , hazırkı dövrədək isə 7 097 152 test aparılıb.

Xəbər lenti