Xəzər Xəbər

Bakıda 79 avtobus tıxacda qalıb

Cəmiyyət | 18:55 • 15 Avqust 2022
Bakıda 79 avtobus tıxacda qalıb

Vahid Dispetçer Xidmətinin bu axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 33 müntəzəm marşrut xətti üzrə 79 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə xezerxeber.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Gecikmə müşahidə edilən müntəzəm marşrut xətləri aşağıdakılardır:

- İstiqlaliyyət küçəsi Azneft dairəsi istiqamətində 53, 65, 6,10 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslarası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

- Bakı-Sumqayıt şossesində - Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva pr-də və əks istiqamətdə Ekologiya postuna qədər sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-15 dəqiqə gecikmə müşahidə olunur.

- Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11 - 16 dəqiqə gecikmə müşahidə olunur.

- Binəqədi şosesi- Binəqədi istiqamətində 71,79,133,165,179 və 202 nömrəli marşrut xətlərindəki avtobuslarası intervallarda 13-18 dəqiqə gecikmə müşahidə olunur.

- Zabrat şosesi Maştağa qəsəbəsi istiqamətində 40, 131, 163, 216, 217, M8 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-12 dəqiqəyə gecikmə müşahidə olunur.

Xəbər lenti

Parisdə bazar yanır FOTO
19:22 • 25 Sentyabr 2022