Xəzər Xəbər

Məktəb direktorlarının işə qəbulu üzrə test tapşırıqları hazırlanıb

Cəmiyyət | 17:55 • 15 Avqust 2022
Məktəb direktorlarının işə qəbulu üzrə test tapşırıqları hazırlanıb

Direktorların işə qəbulu üzrə nümunə test tapşırıqları və esse mövzuları hazırlanıb.

Bu barədə xezerxeber.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib. 

Namizədlər direktorların işə qəbulu üzrə nümunə test tapşırıqları və esse mövzuları ilə tanış ola bilərlər.

Qeyd edək ki, avqustun 11-dən etibarən şagird sayı 500 nəfərdən çox və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilib. Direktor vəzifəsində çalışmaq istəyən şəxslər www.miq.edu.az/direktorlar linkinə daxil olaraq elektron qeydiyyatdan keçirlər.

“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarət olacaq. Müsabiqənin yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarət olaraq keçiriləcək. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq.

2021-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqədə keçid balı toplamış və müsahibə mərhələsinə dəvət olunmamış şəxslər birbaşa esse mərhələsində iştirak etmək imkanı qazanacaqlar. Həmin şəxslər yenidən test imtahanı mərhələsində iştirak etdikləri halda ötənilki müsabiqə nəticəsi qüvvədən düşəcək.

Xəbər lenti

Parisdə bazar yanır FOTO
19:22 • 25 Sentyabr 2022