Xəzər Xəbər

İsti hava ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ

"Hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı qarşısıalınmaz yanğınlara səbəb ola bilər"
Cəmiyyət | 15:34 • 15 Avqust 2022
İsti hava ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ

Son günlər dünyada, eləcə də, ölkəmizdə temperaturun daha da yüksəlməsi, iqlim şəraitində quraqlığın müşahidə olunması təbiət ərazilərində yanğınların başvermə təhlükəsini artırır.

Xezerxeber.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, hazırda ölkə ərazisində müşahidə olunan isti və quraq hava şəraiti səbəbindən təbiət əraziləri, yaşıllıqlar, o cümlədən otlaq sahələri, meşə massivləri yanğına daha həssasdır.

"Bütün bunları nəzərə alaraq, hamımız təbiət qoynunda olarkən daha da diqqətli olmalı, davranışlarımızı maksimum dərəcədə ehtiyatlılıq üzərində qurmalıyıq. Hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, qızmar yay günlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı qarşısıalınmaz yanğınlara səbəb ola bilər”-məlumatda qeyd edilir. 

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisində avqustun 20-dək isti hava şəraiti müşahidə olunacaq.

Rubrikanın digər xəbərləri

Leysan, dolu olacaq, SEL keçəcək
Leysan, dolu olacaq, SEL keçəcək XƏBƏRDARLIQ
16:39 • 9 İyun 2023
İyun ayının pensiyaları
İyun ayının pensiyaları ÖDƏNİLİB
13:33 • 9 İyun 2023
Sabah 32 dərəcə isti olacaq
Sabah 32 dərəcə isti olacaq PROQNOZ
12:38 • 9 İyun 2023
Rayonlara şimşək çaxıb, yağış yağıb
Rayonlara şimşək çaxıb, yağış yağıb FAKTİKİ HAVA
10:10 • 9 İyun 2023
Yollar BAĞLANACAQ
Yollar BAĞLANACAQ MÜRACİƏT
10:00 • 9 İyun 2023

Xəbər lenti