Xəzər Xəbər

Azərbaycanda 10-dan çox yeni sosial ödəniş növü təsis olunub

Sosial təminat sisteminin əhatə dairəsi xeyli genişləndirilib
Cəmiyyət | 15:10 • 15 Avqust 2022
Azərbaycanda 10-dan çox yeni sosial ödəniş növü təsis olunub

Dövlət başçısının tapşırığına əsasən son illər sosial ödənişlərin ciddi şəkildə artırılması ilə bərabər, yeni sosial ödəniş növləri də təsis olunmaqla sosial təminat sisteminin əhatə dairəsi xeyli genişləndirilib.

Bu barədə xezerxeber.az-a Əmək və Əhaliinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, 2019-cu ildə müharibə veteranlarına, birinci dərəcə əlilliyi olanlara qulluq edənlərə, əlilliyi olan 18 yaşadək uşaqlara qulluq edənlərə, Prezidentin aylıq təqaüdü təsis olunub; 2021-ci ildə daha bir sıra yeni sosial ödənişlərin - Vətən Müharibəsi Qəhrəmanlarına (onlardan vəfat edənlərin ailə üzvlərinə), İşləməyən pensiyaçı elmlər doktorlarına, İşləməyən pensiyaçı fəlsəfə doktorlarına Prezidentin aylıq təqaüdünün, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslərə, sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə hər uşaq üçün aylıq müavinətin təyin edilməsinə başlanıb.

2022-ci ilin əvvəlindən isə Vətən müharibəsinin iştirakçılarına “Müharibə veteranı” adı verilərək Prezidentin aylıq təqaüdü təyin olunub. Həmçinin 2019-2020-ci illərdə 1997-ci il avqustun 2-dək olan dövr üzrə şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təmin edilib; Bu günlərdə isə Birinci Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təminatına başlanıb.

Qeyd olunanlar ölkəmizdə sosial təminat sisteminin gücləndirilməsində mühüm addımlar olmaqla xüsusilə həssas qruplara dövlət qayğısının daha da artmasına imkan verib.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
544 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti