Xəzər Xəbər

Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırılıb YENİLƏNİB

AZAL məlumat yayıb
Cəmiyyət | 10:50 • 14 Avqust 2022
Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırılıb

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən təyyarəsinə heyət üzvləri və mühəndis-texniki heyəti tərəfindən baxış keçirilib.

AZAL-dan xezerxeber.az-a verilən xəbərə görə, təyyarənin tam saz vəziyyətdə olduğu və sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı verdiyi üzə çıxıb.

Reysin sərnişinləri Bakıdan Moskvaya eyni təyyarə ilə yola düşəcəklər.

08:45

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Xezerxeber.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sərnişinlər digər təyyarə ilə Moskvaya yola düşəcəklər.

Xəbər lenti