Xəzər Xəbər

Bakıda hava 2 gün tozlu olacaq - PROQNOZ

Cəmiyyət | 23:30 • 12 Avqust 2022
Bakıda hava 2 gün tozlu olacaq - PROQNOZ

Avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, buna səbəb cənub-şərq istiqamətli hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır. 

"Müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir".G

.Məmmədovanın sözlərinə görə, dispers toz hissəcikləri Xətai rayonunda 2.6, Nizami rayonunda 2.5 , Səbail rayonunda 2.7 dəfə normadan yüksək qeydə alınıb. 

"Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti yaxın 2 gün ərzində davam edəcək".

Xəbər lenti

Çox oxunanlar