Xəzər Xəbər

Pensiyaçılarla bağlı ÖNƏMLİ XƏBƏR

Pensiyaçıların sayı 123 min nəfər azalıb
Cəmiyyət | 18:15 • 11 Avqust 2022
Pensiyaçılarla bağlı ÖNƏMLİ XƏBƏR

Son illərdə Azərbaycanda pensiyaçıların sayında 100 min nəfərdən çox azalma qeydə alınıb.

XəzərXəbər rəsmi məlumatlara istinadən xəbər verir ki, 2016-cı ilin əvvəlində ölkəmizdə 1,3 milyon pensiyaçı olub. Pensiyaçıların sayı 2022-ci ilin əvvəlində 1,2 milyon nəfərə, aprelin 1-də isə 1,177 milyon nəfərə enib. Ötən müddətdə pensiyaçıların sayında 123 min nəfərə yaxın və ya 9,4 faiz azalma olub.

Sayın azalması ən çox yaşa görə pensiyaçılar arasında qeydə alınıb. 2016-cı ilin əvvəlində 781,2 min şəxs yaşa görə pensiya aldığı halda, 2022-ci ilin birinci rübünün sonunda onların sayı 701,5 minə düşüb.

Bu müddətdə əlilliyə görə pensiya alanların sayı  374,4 min nəfərdən 327 min nəfərə qədər azalıb, ailə başçısını itirməyə görə pensiya alanların sayı isə 144,24 min nəfərdən 148,5 min nəfərə qədər artıb. /Sfera.az

Xəbər lenti

Çox oxunanlar