Xəzər Xəbər

Aeroport yolundan istifadə edənlərin DİQQƏTİNƏ - Avqustun 13-dən 14-nə keçən gecə...

Cəmiyyət | 17:53 • 11 Avqust 2022
Aeroport yolundan istifadə edənlərin DİQQƏTİNƏ - Avqustun 13-dən 14-nə keçən gecə...

Avqustun 13-dən 14-nə keçən gecədən etibarən (saat 01:00-dan 06:00-a qədər) Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci kilometrlik hissəsində, eyni zamanda Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində inşa olunan yerüstü piyada keçidlərinin platformaları quraşdırılacaq.

XəzərXəbər xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

“Bununla əlaqədar olaraq sürücülərdən qeyd olunan vaxtda sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, - deyə qurum bəyan edib.

Xəbər lenti