Xəzər Xəbər

Türkiyə ilə Ermənistan arasında 5-ci görüşün tarixi AÇIQLANDI

Cəmiyyət | 14:46 • 11 Avqust 2022
Türkiyə ilə Ermənistan arasında 5-ci görüşün tarixi AÇIQLANDI

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində 5-ci görüşün sentyabr ayında keçiriləcəyi açıqlanıb.

“Proses kövrəkdir, biz davamlı sülhü təmin etməliyik”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.

Qeyd edilib ki, görüş düşmənlərin iclası deyil, ona görə də 3-cü ölkədə keçirilməyəcək.

İki ölkə arasında normallaşma danışıqlarının birincisi yanvarın 14-də Moskvada baş tutub. Bu görüşdə Ermənistan və Türkiyə arasında 2020-ci ildə başa çatan uçuşların bərpasına qərar verilib və qarşılıqlı uçuşlar fevral ayından başlayıb.

Xüsusi Nümayəndələr ikinci iclasını fevralın 24-də, üçüncü iclasını isə mayın 3-də Vyanada keçiriblər. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 11-13 mart tarixlərində Antalyada keçirilən Antalya Diplomatiya Forumunda iştirak edib.

Dördüncü iclas iyulun 1-də Vyanada baş tutub. Görüşdə Türkiyə və Ermənistanın normallaşma prosesi üzrə xüsusi nümayəndələri - Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan iştirak ediblər.

Mənbə: A Haber

Xəbər lenti

Parisdə bazar yanır FOTO
19:22 • 25 Sentyabr 2022