Xəzər Xəbər

Baş nazirdən şəhid və şəhid ailələri ilə bağlı VACİB QƏRAR

Baş nazir şəhid və şəhid ailəsi statusu ilə bağlı bu qaydanı TƏSDİQLƏDİ
Cəmiyyət | 09:06 • 6 Avqust 2022
Baş nazirdən şəhid və şəhid ailələri ilə bağlı VACİB QƏRAR

Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Xezerxeber.a xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Bu Qayda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna uyğun olaraq hazırlanıb və şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin formalaşdırılmasının, aparılmasının, inteqrasiyasının və arxivləşdirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Reyestrin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Qərarla Reyestrin fəaliyyət prinsipləri də müəyyənləşib. Reyestr Qaydalarda qeyd edilən prinsiplər nəzərə alınmaqla, aşağıdakı prinsiplər əsasında formalaşdırılır:

-istifadə rahatlığı – Reyestrdən istifadənin və məlumat mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

-fasiləsizlik – Reyestrdə aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq fəaliyyətin fasiləsiz həyata keçirilməsi;

-funksionallıq və davamlı inkişaf – Reyestrin inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması və ən son texnologiyalardan istifadə edilməklə Reyestrin daim təkmilləşdirilməsi;

-operativlik – Reyestrdə məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin sürətli şəkildə həyata keçirilməsi;

sərbəstlik – Reyestrin fəaliyyətinin onda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması;

şəffaflıq – Reyestrin fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu.

 Reyestrin strukturuna aşağıdakı modullar daxildir: -məlumatların daxil edilməsi modulu;

-məlumatlara baxış modulu;

-. hesabatlar modulu.

Reyestrin strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:

 - “məlumatların daxil edilməsi” modulu vasitəsilə şəhid və şəhid ailəsi statusu almış şəxslər barədə bu Qaydada göstərilən məlumatların daxil edilməsi;

-“məlumatlara baxış modulu” vasitəsilə Reyestrdə topla- nılmış məlumatlar üzrə axtarış edilməsi və məlumatlara baxılması;

-“hesabatlar modulu” vasitəsilə müxtəlif parametrlərə görə hesabatların tərtib edilməsi.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti