Xəzər Xəbər

Azərbaycanın yalnız bu rayonunda qız uşaqları oğlanlardan çoxdur - ACI STATİSTİKA

Cəmiyyət | 14:05 • 5 Avqust 2022
Azərbaycanın yalnız bu rayonunda qız uşaqları oğlanlardan çoxdur - ACI STATİSTİKA

Bakı Araşdırmalar İnstitutunun İqtisadi Qrupu Azərbaycanda selektiv abortların əhalisinin 0-14 yaş qrupları üzrə cins bölgüsünə təsirini araşdırıb.

XəzərXəbər xəbər verir ki, rəsmi statistik məlumatlar əsasında aparılan araşdırma 30 yaşdan aşağı olan yaş qruplarında oğlanların sayının qızları üstələdiyini üzə çıxarıb. Ümumilikdə, 1991-ci ildən sonra doğulan uşaqlarda oğlanlar üstünlük təşkil edir. 2001-ci ildən sonra doğulan uşaqlarda isə fərq daha da artıb.

Oğlan uşaqlarının sayının qızları üstələməsi tendensiyası bütün rayonlarda müşhaidə edilir. Aşağı yaş qrupunun 53,6 faizi oğlanlardır.

Qadınların ən yüksək payı (60,8%) yaşı 80-dən yüksək olan əhali arasında qeydə alınıb.

 

Rayon və şəhərlər üzrə müqayisə edildikdə qızların ən aşağı payı Naftalan şəhərində qeydə alınıb. Burada 0-14 yaşlı insanların cəmi 42,86 faizinin qız olduğu müəyyənləşir.

Qızların sayının çox olduğu yeganə rayon Ordubaddır. Burada aşağı yaş qrupuna daxil olanların 51 faizi qızlardır.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti