"18-65 yaşarası, çəkisi minimum 50 kq olan sağlam şəxslər qan verə bilər".
Bunu açıqlamasında Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova deyib.
Onun sözlərinə görə, qanvermədən əvvəl donor ac olmamalı, ən az 2 saat əvvəl dəmir və proteinlə zəngin qidalar qəbul etməlidir: "Qan verən şəxs kifayət qədər su içməlidir. Bununla yanaşı ağır fiziki fəaliyyətdən çəkinməli, yaxşı istirahət etməlidir. Həmçinin ən azı 1 saat əvvəl siqaret çəkməməlidir".
Bakı şəhəri üzrə:
Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı
Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı
Nizami rayonu "Şah Abbas” məscidi
Səbail rayonu Bibiheybət məscid ziyarətgahı
Suraxanı rayonu Qaraçuxur məscidi
Yasamal rayonu “Təzə Pir” məscidi
Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.
Beləliklə, ümumilikdə, qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək. (report)