Xəzər Xəbər

AMEA-da yüksək post tutan millət vəkilləri – SİYAHI

AMEA-da yüksək post tutan deputatlar kimlərdir?
Cəmiyyət | 15:40 • 2 Avqust 2022
AMEA-da yüksək post tutan millət vəkilləri – SİYAHI

Dəyişməyə və yenilənməyə məhkum olan AMEA uzun illər bir çox insanlara qucaq açıb. Onlara həm maddi, həm də mənəvi dəstək olub. Maraqlıdır ki, AMEA-da vəzifə tutan bir çox simalar Ali Qanunverici orqanda da geniş şəkildə təmsil olunublar.

Hazırda altı millət vəkili həm də AMEA-da yüksək post tutur.

Bəs onlar kimlərdir?

1. 65 saylı Saatlı-Sabirabad- Kürdəmir seçki dairəsindən deputat seçilmiş Əhliman Əmiraslanov tibb elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvüdür. UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan milli komitəsinin sədridir. 

2. Tanınmış dilçi alim Nizami Cəfərov filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Əməkdar elm xadimidir. “Şöhrət” ordeni ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Dünya Alpaqut Federasiyasının prezidentidir.

3. Parlamentin ən yaşlı üzvü Ziyad Səmədzadə iqtisad elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Beynəlxalq Menecment Akademiyasının, Beynəlxalq Şərq Neft Akademiyasının akademikidir.

4. Kürdəmir rayonundan deputat seçilən Rafael Hüseynov filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının, Oksford Akademiya İttifaqının həqiqi üzvüdür. 2003-cü ildən isə AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur.

5. Tarixçi alim Musa Qasımlı artıq uzun illərdir ki, Milli Məclisin dəyişməz üzvlərindəndir. O, tarix elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. ABŞ-da Orta Şərq Araşdırmaları Mərkəzinin, Türkiyədə Turan Strateji Araşdırma Mərkəzinin, Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin üzvüdür. 2016-cı ildən AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktorudur.

6. Parlamentin ən stajlı üzvlərindən biri də Bəxtiyar Əliyevdir. Psixologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvüdür. (Bizim.Media)

 

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti