Xəzər Xəbər

Hava bu tarixdən kəskin dəyişir - XƏBƏRDARLIQ

hava proqnozu açıqlanıb
Cəmiyyət | 11:30 • 1 Avqust 2022
Hava bu tarixdən kəskin dəyişir - XƏBƏRDARLIQ
Bu günün hava proqnozu açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
 
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
 
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.
 
 

Xəbər lenti