Xəzər Xəbər

Sehrli gün gəlir: 7 iyulda arzu tutun, yazın və...

Cəmiyyət | 3,243 | 10:25 • 2 İyul 2022
Sehrli gün gəlir: 7 iyulda arzu tutun, yazın və...

Ezoterik mütəxəssislər hesab edirlər ki, 07.07.2022 tarixi unikal sehrli gündür, çünki “yeddi”nin enerjisi həddən çox gizli mənalar daşıyır.

XəzərXəbər xəbər verir ki, ezoterik mütəxəssislər “7”-nin numerologiyada müdrikliyin, fəlsəfənin və düşünmə qabiliyyətinin təcəssümü olan enerji baxımından güclü bir rəqəm olduğunu bildirirlər. Göy qurşağının rəngləri, dünyanın möcüzələri və həftənin günləri də yeddidir.

Ezoteriklərin fikrinə görə, həmin günün ən mühüm hərəkəti gecə yarısı arzu ritualıdır. Bunun üçün otaqda tək oturun, qələm və kağız götürün və bir arzunuzu aydın şəkildə ifadə edin. Onu kağıza yazın, qatlayın və gizli yerə qoyun. Yazarkən arzunuzu təsəvvür edin - beləliklə, daha tez gerçəkləşəcək, çünki mistik inanclarla əlaqələndirilən 7 iyul kainatla danışmaq üçün ən uğurlu gündür. /Axar.az

Xəbər lenti