Xəzər Xəbər

Azərbaycanda COVID-19-a yoluxma sayı artdı

Cəmiyyət | 16:34 • 30 İyun 2022
Azərbaycanda COVID-19-a yoluxma sayı artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb. 

Azərbaycanda indiyədək ümumilikdə 793 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 368 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 188 nəfərdir.

Ölkədə son sutka ərzində 3 057, hazırkı dövrədək isə 6 964 085 test aparılıb.

Xatırladaq ki, ötən gün Azərbaycanda koronavirus infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınmışdı.

Xəbər lenti