Xəzər Xəbər

Bakıda 150 avtobus tıxacda qalıb

Cəmiyyət | 19:21 • 29 İyun 2022
Bakıda 150 avtobus tıxacda qalıb

Hazırda paytaxt yollarında müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 43 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalında 15 dəqiqəyə yaxın gecikmələr var.

Xezerxeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Qeyd olunub ki, Vahid Dispetçer Xidmətinin məlumatına əsasən, hazırda 150-ə yaxın avtobus gecikməklə hərəkət edir. Ziya Bünyadov prospekti Poladəritmə zavodunun qarşısından başlayaraq Azadlıq prospekti ilə kəsişməyə qədər 20 Yanvar dairəsi istiqamətində 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 13-15 dəqiqəyə yaxın müşahidə olunur.

Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda isə 12-14 dəqiqə gecikmə var.

Moskva prospektində Avtovağzal istiqamətində (Şamaxinka) 2,7A,13,14,18,29,37,59,65,83,96,114A,114B,119 bə 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-16 dəqiqə gecikmə müşahidə olunur.

Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslar 14-16 dəqiqə gecikmə ilə hərəkət edir. (Avtobus zolağı olmasına baxmayaraq, zolaq öz tələbinə riayət olunmur).

Azadlıq prospekti Baksol küçəsi ilə kəsişmədən Süleyman Sani Axundov küçəsi ilə kəsişməyə qədər 71, 79, 108B, 133, 165 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-14 dəqiqə gecikmə müşahidə olunur.

Xocalı prospekti Yusif Səfərov küçəsi istiqamətində 4, 10, 21, 30, 32, 49 və 175 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallar 15-17 dəqiqə gecikir.

Heydər Əliyev prospektində kənar yol Heydər Əliyev mərkəzi istiqamətində 1, 2, 13, 38 və M3 nömrəli müntəzəm və ekspress marşrut xətlərindəki avtobuslararası intervallar 11-12 dəqiqə gecikir.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti