Xəzər Xəbər

ŞOK ARAŞDIRMA: bu şəxslər kabusları daha çox görə bilərlər

Cəmiyyət | 13:15 • 28 İyun 2022
ŞOK ARAŞDIRMA: bu şəxslər kabusları daha çox görə bilərlər

İngiltərənin Birmingem Şəhər Xəstəxanasından nevroloq Abidemi I. Otaiku tərəfindən aparılan yeni araşdırmaya görə, parkinson xəstəliyindən əziyyət çəkən insanların kabuslar görmə ehtimalı sağlam insanlardan daha çoxdur.

Alim 3818 kişinin iştirak etdiyi 12 illik böyük tədqiqatın məlumatlarını təhlil edib. Onlar bir neçə anket doldurdurublar, onlardan biri yuxularının keyfiyyəti və yuxuları ilə bağlı suallardan ibarət idi. Tədqiqatın bütün dövrü ərzində 91 nəfərdə parkinson xəstəliyi aşkarlanıb.

"eClinicalMedicine" jurnalında dərc edilən təcrübənin nəticələri, tez-tez kabuslar görən könüllülərin həftədə bir dəfədən az kabus görənlərə nisbətən Parkinson xəstəliyinə tutulma riskinin iki dəfə çox olduğunu göstərdi.

"Yaşlı insanlar titrəmə, sərtlik və hərəkət yavaşlığı da daxil olmaqla parkinson xəstəliyinin xarakterik simptomlarını inkişaf etdirmədən illər əvvəl kabuslar görməyə başlaya bilərlər", - tədqiqatın müəllifi deyib.

Nevroloq qeyd edib ki, tez-tez kabus görən insanların çoxu çətin ki, parkinson xəstəliyinə tutulsun. Ancaq Parkinson xəstəliyinə tutulma riski olanlar üçün pis yuxuların bu xəstəliyin başlanğıcının əlaməti ola biləcəyini xatırlamağa dəyər. Bu, xəstəliyi daha erkən müəyyən etməyə və müalicəyə daha tez başlamağa kömək edəcəkdir./Publika.az

Xəbər lenti