Xəzər Xəbər

Yeni dayanacaq anbara çevrildi? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət | 13:15 • 27 İyun 2022
Yeni dayanacaq anbara çevrildi? - RƏSMİ AÇIQLAMA

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə Bakı şəhərinin Memar Əcəmi stansiyasının yaxınlığında Hüseynbala Əliyev küçəsində smart tipli avtobus dayanacağı quraşdırılıb.

Dayanacaq pavilyonu sərinləndirmə sistemi, müşahidə kameraları və monitorla təchiz edilib. Dayanacaqların işıqlandırılması və elektrik təminatının qismən günəş paneli hesabına təmin olunacağı bildirilir. 

Açıqlamaya əsasən, layihənin tam olaraq özəl sektor tərəfindən maliyyələşdiriləcək və idarə olunacaq.

Son günlər sosial şəbəkələrində dayanacaqla bağlı paylaşılan fotolar tənqidlərə yol açıb. Belə ki, fotoda dayanacaq pavilyonunun sərnişinlər üçün nəzərdə tutulmuş hissəsində ərzaq məhsullarının, müxtəlif yüklərin toplaması görünür. Bir sıra şəxslər isə dayanacağın bir müddətdən sonra köşk kimi istifadə olunacağı ilə bağlı narahatlıqlarını dilə gətirib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyinindən "Ölkə.Az"a verilən açıqlamada bildirildi ki, dayanacaq pavilyonuna bitişik köşkün qapısı pavilyonun içərisinə açılır. Köşkə isə mallar pavilyonun daxilindən daşınır:

"Həmin gün köşkə açılışından sonra birinci dəfə mallar gətirildiyindən həcmi çox olub. Həmçinin mallar gecə saatlarında gətirilib ki, sərnişinlər üçün narahatlıq yaranmasın. Köşkə malların gündüz saatlarında gətirilməməsi və sərnişinlərin rahatlığının nəzərə alınması ilə bağlı tapşırıqlar verilib.

Dayanacağın anbara çevrilməsi ilə bağlı səslənən iddia əsası olmayan, vətəndaşların rahatlığı üçün olunan işlərə kölgə salmağa xidmət edənlərin xəstə təxəyyülünün məhsuludur", - deyə açıqlamada qeyd olunub.

Xəbər lenti

Çox oxunanlar