Xəzər Xəbər

Bakıda dələduzluq edən qadın məhkəmə zalından azadlığa buraxılıb

Cəmiyyət | 12:20 • 25 İyun 2022
Bakıda dələduzluq edən qadın məhkəmə zalından azadlığa buraxılıb

Bakıda iki nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmiş Günay Əkbərova (şərti ad – red.) barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü ləğv edilib.

Qərara əsasən ittiham olunan şəxsin dəymiş ziyanın böyük hissəsini ödəməsi və yaşı nəzərə alınaraq cinayət işinin icraatına xitam verilib.

Günay Əkbərova məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Günay Əkbərova zərərçəkmiş şəxslərə torpaq sahələrində şəxsi mülkiyyət hüququ əldə etməsi üçün kömək edəcəyi vədini verərək onların 21 min 400 manat pulunu ələ keçirib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək Xəzər Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. (APA)

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
527 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti