Xəzər Xəbər

Bu rayonlarda qanunsuz ağac kəsimi ilə bağlı cinayət işi başlanıb

Cəmiyyət | 10:49 • 23 İyun 2022
Bu rayonlarda qanunsuz ağac kəsimi ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaş müraciətləri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdaş, Salyan, Şəmkir və Ağcabədi rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə xezerxeber.az-a Baş Prokurorluğun mətbuat xidmətindən xəbər verilib.

Bildirilib ki, aparılan araşdırmalarla qeyd edilən rayonların ərazilərində meşə fonduna aid olmayan ağacların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə təbiətə 21 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Xəbər lenti