Xəzər Xəbər

Qan azlığından şikayətçi olanlara şad xəbər: Bu qidalardan istifadə edin

Cəmiyyət | 18:44 • 22 İyun 2022
Qan azlığından şikayətçi olanlara şad xəbər: Bu qidalardan istifadə edin

Qan azlığına faydalı gələn qidalar açıqlanıb.

Dəmir çatışmazlığı dünyada ən çox yayılmış anemiya növü kimi tanınır. Xüsusilə inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrdə anemiya nisbətləri kifayət qədər yüksəkdir.

Daxili xəstəliklər mütəxəssisi Dr. Osman Erk asanlıqla diaqnoz qoyulan bu xəstəlik haqqında bilinməli olanları izah edib.

Onun sözlərinə görə, xroniki qan itkilərinin bəziləri məkrlidir və heç bir əlamət yaratmır. Mədə xorası, mədə yırtığı, yemək borusu-mədədəki varikoz genişlənmələri, mədə və bağırsaq xərçəngləri, kolon polipləri, xoralı kolit-Kron xəstəliyi kimi iltihablı bağırsaq xəstəlikləri parazitlər, xroniki aspirin istifadəsi və qan durulaşdırıcı dərmanlara səbəb ola bilər. 

Həkim bildirib ki, dəmir dedikdə ağıla ilk gələn ispanaq olur. İspanaq zəngin fol turşusu və beta karotin mənbəyidir. Yumurta yaxşı dəmir mənbəyidir. Dəmirlə zəngin qidalar qırmızı ət, yumurta sarısı, gavalı, kişmiş, paxlalılar, yaşıl tərəvəz və meyvələrdir. Həmçinin qoz, fındıq, fıstıq və badam yaxşı dəmir qaynağıdır. Bütün bitki mənşəli məhsullarda daha çox və ya daha az dəmir var.

Həkim bildirib ki, qadınlarda menstrual qanaxma səbəbiylə dəmir çatışmazlığı anemiyası tez-tez baş verirsə, yetkin kişilərdə dəmir çatışmazlığı anemiyası ciddi bir xəstəlik kimi qəbul edilməlidir. Kişilərdə dəmir çatışmazlığı anemiyası xərçəngin, xüsusən də mədə-bağırsaq xərçənginin ilk əlaməti ola bilər. Erkən diaqnoz və müalicə həyat xilas edir./azxəbər

Xəbər lenti

Çox oxunanlar