Xəzər Xəbər

Gecə-gündüz işləyən “MOYKALAR”: Narazı sakinlər şikayətini kimə bildirməlidir? Hüquqi AÇIQLAM

Cəmiyyət | 15:43 • 22 İyun 2022
Gecə-gündüz işləyən “MOYKALAR”: Narazı sakinlər şikayətini kimə bildirməlidir?

İnsanların sıx yaşadığı ərazilərdə onlara vacib olan obyektlərin olması mühim məsələdir. Lakin evində rahat dincəlmək istəyən, körpəsi, yaşlısı, xəstəsi olan insanlar urbanzasiya problemlərinin qurbanı olurlar. Sözügedən əraziləri ən yaxşı obyekt, biznes yeri görən sahibkarlar da sui-istifadə edərək qaydaları pozmaqdan çəkinmirlər. Elə el deyimi ilə desək, “moyka” yəni avto yuma məntəqələrinin sahibləri kimi.

Redaksiyamıza daxil olan müraciətdə bir çox vətəndaş yaşadığı evə yaxında olan bu məntəqələrin onlara narahatlıq yaratdığını bildirirlər. 

 

Şikayətçi Aynur Babayeva da həmin narazı şəxslərdən biridir. Ölkə.az xəbər verir ki, o, bizim.media-ya açıqlamasında bildirir ki, evlərinin yaxınlığındakı avto yuma məntəqəsinə nəzarət yoxdur və bu onları narahat edir:

“Yaşadığımız binanın arxasında 50 qəpiklik moyka quraşdırıblar. Ona pul salaraq maşını təmizləyirsən. Əksəriyyətiniz bilirsiniz ki, bu moykalar gecə-gündüz işləyir. Şikayət edərək, gecə 12-dən səhər saat 5-6 a qədər fəaliyyətini dayandırmışdılar. O da azmış kimi gətirib tozsoran da qoydular. Biz evdə səsdən otura bilmirik. Üstəlik maşınını yuyan şəxslər binanın qarşısında mahnılara səs verərək, maşın silirlər”, - deyə qeyd edən şikayətçi problemin həlli üçün kimə müraciət edəcəklərindən xəbərsizdirlər.

Hüquqşünas Əsabəli Mustafayev qeyd edir ki, sakinlər şikayətlərini bildirməkdə rahatdırlar və bu qaydalar qanunvericiliklə də təsbit olunub:

“Qanunvericiliklə təsbit olunub ki, yaşayış məntəqələrinə yaxın ərazilərdə fəaliyyət göstərən obyektlər müəyyən qaydalara riayət etməlidir. Həmin müəssisələr ətraf mühiti çirkləndirməməli və sakinlərin yaşayışına maneə yaratmamalıdır.

Əks təqdirdə, vətəndaş Fövqəladə Hallar Nazirliyinə müraciət etməlidir. Bu zaman qurum tərəfindən obyektlərdə yaradılan səs-küy, narahatlıqla bağlı yoxlanışlar aparılmalıdır. Qanun pozuntusu aşkarlanarsa, barələrində inzibati xətalar törətməkləri ilə bağlı protokol tərtib edilə bilər. Əgər sakinlərin narazılığı çirkləndirmə ilə bağlıdırsa, bu zaman rayon icra hakimiyyətinə müraciət etməlidirlər”, - deyə Ə.Mustafayev bildirib.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
522 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti